• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"World Net Summit" onlayn konfransı "Startup Academy" və "Monex Summit" tədbirləri ilə öz işinə başladı

“World Net Summit” onlayn konfransı mayın 11-də “Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başladı.

Konfrans NRYTN-nin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “BP” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.

Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.