• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda son sutka ərzində 1399 nəfər koronavirusa yoluxmuşdur

İranda son 24 saat ərzində 1399 nəfər koronavirusa yoluxmuş, 51 nəfər isə xəstəlikdən həyatını itirmişdir.

Bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur gündəlik mətbuat konfransında dedi.

Bununla da İranda virusa yoluxanların sayı 107 min 603 nəfərə, ölənlərin sayı isə 6640-a çatmışdır. Xüsusi xəstəxanalarda müalicə alan 86 min 143 nəfər isə sağalaraq evə buraxılmışdır.