• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur

İranın Hamnava.ir saytında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləyə yayılmışdır.

 “Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur” adlı məqalədə Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında oxuculara geniş məlumat verilir.

Qeyd edilir ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Məhz onun siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycana rəhbərliyə başladıqda, ilk növbədə, atəşkəs rejiminə nail olaraq minlərlə gəncin həyatını xilas etdi. Onun əsasını qoyduğu neft strategiyası nəticəsində Azərbaycana xarici sərməyə axını başladı. Dünyanın ən nüfuzlu şirkətləri Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayə yatırdılar. Azərbaycan inamlı inkişaf yoluna qədəm qoydu.