• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İzmir şəhərində ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyənin İzmir şəhərində yad edildi.

 Ulu Öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə İzmir şəhərindəki Heydər Əliyev Parkı və Ümummilli Liderin buradaki heykəli ziyarət edildi.

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu şəhərin Karşıyaka Bələdiyyəsinin sədri Cemil Tuqay, bələdiyyənin və “Petkim Petrokimya Holding” A.Ş.-nin əməkdaşları iştirak etdilər.