• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniya mətbuatında Heydər Əliyev haqqında məqalə dərc olunmuşdur

İordaniyanın “Ad-Dustur” hökumət qəzetində, eləcə də www.orobanews.comwww.nayrouz.comwww.alanbatnews.net və www.cleopatranews.com xəbər portallarında səfir Rasim Rzayevin “Heydər Əliyev Azərbaycan intibahının banisidir” sərlövhəli məqaləsi dərc edilmişdir.

Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı ilə başlayan məqalədə səfir mayın 10-da ölkəmizdə Ulu Öndərin anadan olmasının 97-ci ildönümünün qeyd edildiyini oxucuların diqqətinə çatdırır, dahi şəxsiyyətin həyatından bəhs edir. Qeyd edir ki, Azərbaycan tarixini elm, bilik və mədəniyyətlə zənginləşdirən, böyük liderlər, yazıçılar, mütəfəkkirlər və memarların ana yurdu olan qədim Naxçıvan şəhərində anadan olan Heydər Əliyev ali təhsilini başa vurduqdan sonra 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, bununla da 1982-ci ilə qədər ölkəmizin rəhbəri olmuşdur.

Səfir ulu öndər Heydər Əliyevin 20 il ərzində SSRİ Ali Sovetinin deputatı olmaqla yanaşı, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçildiyini və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyini bildirir.