• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə COVID-19- dan bir gündə 50 nəfər dünyasını dəyişdi

Türkiyə hökumətinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təsirli tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm sayındakı azalma davam edir. Mayın 9-da ölkədə 35 min 605 nəfər üzərində test aparılmış, onlardan 1546 nəfərin nəticəsi pozitiv çıxmışdır.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşdı.

Bildirilir ki, gün ərzində 3 min 84 nəfər sağalmış, 50 nəfər dünyasını dəyişmişdir. Ölkə üzrə ölənlərin ümumi sayı 3739 nəfərə, sağalananların sayı 89 min 480 nəfərə çatmışdır.