• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Samuxda 64 yeni istixana təsərrufatı yaradılmışdır

Bölgələrdə işsizliyin aradan qaldırılmasında və əhalinin gəlirlərinin artırılmasında mühüm rola malik istixanaların sayı Samux rayonunda da ildən-ilə artırılır. Bu ilin birinci rübündə Samux rayonunda 174 istixana qeydə alınmışdır. Onlardan 81-i ilin ilk rübündə fəaliyyət göstərmişdir. Həmin istixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 76-sı isə əhali təsərrüfatlarında olmuşdur.

2020-ci ilin birinci rübündə rayonda 64 yeni istixana təsərrüfatı yaradılmışdır ki, bunun da 4-ü artıq fəaliyyət göstərir.

Ümumi sahəsi 73,2 hektara çatdırılan istixanalardan 56,5 hektarında əkin aparılmışdır.