• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Misirdə də yad edildi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Misirin Qalyubiyyə vilayətinin Qanatir şəhərindəki Misir-Azərbaycan Dostluq parkında ucaldılan abidəsini ziyarət edib, önünə əklil qoyaraq Ulu Öndərin əziz xatirəsini yad etdilər.

Ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin nüfuzlu “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əxbarulyaum”, “Əl-Masyelyoum”, “Qalyubiyyanews” və digər qəzet və portallarında dərc edilmişdir.