• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ulu Öndərin xatirəsinə həsr edilmiş çoxsaylı məqalələr yayımlanmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə İndoneziyanın tanınmış xəbər portallarında Ulu Öndərin xatirəsinə həsr edilmiş çoxsaylı məqalələr yayımlanmışdır.

Ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə Antara dövlət informasiya agentliyi tərəfindən “Ümummilli liderin doğum gününü qeyd edən Azərbaycan səfirliyi kimsəsizlərlə bölüşür” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində ulu öndər Heydər Əliyevin böyük rol oynadığı xüsusi qeyd edilir.