• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Otuz gündə İslamın otuz siması"

ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayerin Birləşmiş Ştatlarda 49 milyon abunəçisi olan JBS (“Jewish Broadcasting Service”) kabel televiziyasında müqəddəs Ramazan ayında yayımladığı “Otuz gündə İslamın otuz siması” şousu müsəlmanlarla yəhudilərin həmrəyliyi mövzusuna həsr edilmişdir.

“Al-Arabiya” telekanalında hazırlanan xüsusi reportajda bu silsilə verilişlərin İslam aləmində rəğbətlə qarşılandığı bildirilir. Qeyd edək ki, efirdə videomesajı yayımlanacaq həmin 30 şəxsiyyət arasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də olacaq.