• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Qələbə günü bütün dillərdə"

Rusiya azərbaycanlıları “Qələbə günü bütün dillərdə” aksiyasına qoşuldular.

 Rusiyanın Xalq artisti Lev Leşşenkonun təşəbbüsü ilə mayın 9-da gecə yarısından başlayaraq “диктантпобеды.рф”, habelə “pobeda-2020.ru” saytlarında “Qələbə günü bütün dillərdə” aksiyasına start veriləcək. Hər kəs mahnını öz doğma dilində oxuyub videoya çəkə və sosial şəbəkələrdə yerləşdirə bilər. Mahnının mətninin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində tərcüməsi saytda yerləşdirilmişdir.

Azərbaycanın Xalq artisti Emin Ağalarov aksiyaya ilk qoşulanlardan biridir. O, bəstəkar David Tuxmanovun Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş mahnısını Azərbaycan dilində ifa etdi. Onun çağırışından sonra Rusiyada yaşayan bir çox həmyerlimiz aksiyaya qoşuldular.