• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn forumu" keçirildi

Mayın 8-də Azərbaycan, Gürcüstan və Qazaxıstan iş adamları arasında “B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn forumu” keçirildi.

 “Caspian European Club”un təşkilatçılığı ilə reallaşan forumda üç ölkədə fəaliyyət göstərən şirkətlərin top-menecer və təmsilçiləri, iqtisadi məsələlərə nəzarət edən beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak etdilər.

Forumda “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev təşkilatın fəaliyyəti barədə danışdı.

Sonra hər üç ölkədən şirkətlər xüsusi təqdimatlarla çıxış etdi, biznes əməkdaşlığının perspektivləri müzakirə olundu.