• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı oldu

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı oldu.

Telefon danışığı zamanı nazir E.Məmmədyarov rusiyalı həmkarını 9 May - Böyük Vətən müharibəsi Qələbəsinin 75 illiyi münasibətilə təbrik etdi.

S.Lavrov da bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycanın Xarici İşlər nazirinə çatdırdı.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə etdilər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi apardılar.