• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanlı alimlər müasir seleksiya yolu ilə yeni kartof sortları yetişdirdilər

Azərbaycanlı alimlər müasir seleksiya yolu ilə yeni kartof sortları yetişdirdilər.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyev məlumat verdi.

“Yeni sort kartof sortlarının alınmasında xarici mənşəli toxumlardan istifadə olunmuşdur. Həmin toxumlar mikroklonal üsulla əldə olunmuş və laboratoriya şəraitində virusdan təmizlənmişdir. Yetişdirilən kartof sortlarına “Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” adları verilmişdir”, - deyə E.Allahverdiyev bildirdi.