• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda koronavirusa daha 67 yoluxma faktı qeydə alındı

Azərbaycanda koronavirus infeksiyasına daha 67 yoluxma faktı qeydə alınmış, 28 nəfər müalicə olunaraq sağalıb evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1536 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmişdir. 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılmışdır.