• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Paytaxtdakı avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı

Koronavirusa qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılmışdır.

Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilmişdir. 

Həmçinin sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır.