• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Türk Hava Yolları”nın aviareyslərin bərpası üzrə planı bəlli oldu

Yeni növ koronavirus (COVID-19) səbəbindən daxili reysləri mayın 20-ə, xarici reysləri isə ayın 28-dək dayandıran "Türk Hava Yolları"nın (THY) uçuşların bərpası üzrə planı bəlli oldu.

Plana əsasən, aviareyslər mərhələli şəkildə iyun, iyul və avqust ayları ərzində bərpa ediləcək.

"Türk Hava Yolları"ndan verilən məlumata əsasən, daxili uçuşlara iyun ayında başlamaq istəyən aviaşirkət üçaylıq uçuş planına görə, iyun ayında 19 ölkə üzrə 22 istiqamətə hər həftə 75 uçuş həyata keçirəcək. Bundan əlavə, iyulda hər həftə 74 ölkəyə və 103 istiqamətə 572 uçuş, avqustda isə 98 ölkə və 160 istiqamətə həftəlik olaraq 987 uçuş yerinə yetiriləcək.