• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Rabitəbank” 190 AZN birdəfəlik ödəmələr üzrə əhaliyə kartların verilməsinə davam edir

Mayın 4-dən etibarən vətəndaşlara birdəfəlik müavinətlər təqdim olunur.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına əsasən, “Rabitəbank” 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlamışdır. Belə ki, vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.