• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Neft Fondunun Müşahidə Şurasına yeni üzv təyin edildi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında parlamenti təmsil edəcək üzv kimi Milli Məclisin sədr müavini Adil Əliyev təyin olundu.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 9 dekabr tarixli Sərəncamına əsasən, ARDNF-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənmişdi.

Sərəncama əsasən, yeni tərkibə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.