• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mayın 6-da Milli Məclisin iclası keçirildi

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bugünkü iclasın Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunduğunu bildirdi.