• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xarici İşlər nazirləri arasında telefon danışığı oldu

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya arasında telefon danışığı oldu.

Nazirlər hazırkı qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə etdilər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi də qeyd olundu.