• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qazaxıstanda koronavirus infeksiyasına daha 40 nəfər yoluxdu

Qazaxıstanda koronavirus infeksiyasına daha 40 yoluxma halı qeydə alınıb. Qazaxıstan dövlət baş sanitar həkimi Ayjan Yesmaqambetova ölkədə koronavirusla bağlı vəziyyətinin sabitləşdiyini bildirdi.

 Qazaxıstanda ümumilikdə koronavirusa yoluxanların sayı 4028-dir. COVID-19-dan ölənlərin sayı 27-ə, sağalanların sayı isə 1107-ə çatmışdır.

Ölkədə karantin tədbirlərinin yumşaldılması prosesi tədricən həyata keçirilir. Artıq bir çox müəssisələrin fəaliyyəti bərpa edilir.