• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar yumşaldılır

Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar yumşaldılır.

Bu barədə Türkiyə Prezidenti COVID-19 pandemiyası ilə əlaqədar ölkədə keçirilən Nazirlər Kabinetinin növbəti toplantısından sonra mətbuata açıqlamasında bildirdi.

Ölkədə pandemiyadan sonraki dövrə keçid planı barədə danışan Rəcəb Tayyib Ərdoğan burada may, iyun və iyul aylarının əsas rol oynayacağını vurğuladı. Türkiyə Prezidenti mayın 10-dan etibarən yumşaltma tədbirləri çərçivəsində ilkin mərhələdə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların həftənin müəyyən günləri evdən çıxmalarına icazə veriləcəyini, mayın 11-dən isə alış-veriş mərkəzi, gözəllik salonları kimi ictimai obyektlərin fəaliyyətə başlayacağını qeyd etdi.