• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Kapital Bank”ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq

2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verdi. “Kapital Bank”ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Bunu həyata keçirmək üçün istehlakçı “www.edvgerial.az” saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır: istehlakçı fiziki şəxs olmalıdır, satıcı ƏDV ödəyicisi olmalıdır, həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal ID-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda, istehlakçı “BirBank” mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. “QR Pay” xidmətindən yararlanmaq üçün həm portal, həm də “BirBank” eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin “Kapital Bank” tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.

ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: “www.youtube.com/watch?v=9r52-BqCI_U

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanması və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.