• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yaponiyada son sutkada koronavirusdan ölənlərin sayı 31 nəfərə çatdı

Yaponiyada son sutka ərzində koronavirusdan 31 nəfər ölüm halı qeydə alındı.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yaymışdır. Ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 530 nəfərə çatmışdır.

Buna qədər ən çox ölüm halının (29 nəfər) aprelin 23-də qeydə alındığı bildirilir. Ölənlərin əksəriyyətinin (15 nəfər) Tokioda olduğu qeyd edilir. Ümumilikdə son sutka ərzində 306 nəfərin koronavirusa yoluxduğu və ölkə üzrə belə xəstələrin sayının 15 min 500 nəfərə çatdığı bildirilir.