• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 26-ya çatdı

Qazaxıstanda bu günə kimi koronavirusa 3 min 877 yoluxma faktı qeydə alınmışdır.

Ölkədə bu gün COVID-19-dan 1 nəfər həyatını itirmişdir. Ümumilikdə ölənlərin sayı 26-ya, sağalanların sayı 995-ə çatmışdır.

Bu gün Qazaxıstan Səhiyyə Nazirliyinin Rəqəmsallaşdırma İdarəsi əhalini koronavirus (COVID-19) barədə məlumatlandırmaq üçün “WhatsApp”da rəsmi “Chat- bot”u işə saldı. Bu, koronavirus haqqında dəqiq, etibarlı və aktual məlumat toplayan pulsuz bir xidmətdir.