• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin orijinal nüsxəsi Türkiyədə satışa çıxarıldı

Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin “Şeyx Sənan” dördpərdəli pyesinin orijinal nüsxəsi Türkiyədə satışa çıxarıldı.

 1926-cı ildə “Azərnəşr” tərəfindən çap edilən 121 səhifəlik kitab “Nadir kitab” Yayın Evi tərəfindən satışa çıxarılmışdır. Nəşr barədə arayışda məlumat verilir ki, kitabı avtoqrafla hədiyyə edən müəllif yazmışdır: “Qardaşım doktor Xəlil bəy əfəndiyə. Hüseyn Cavid”.