• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mayın 4-dən etibarən fərdi xidmətlər üzrə fəaliyyət bərpa olunur

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 8103 SMS icazə sistemi mayın 31-dək qüvvədə olacaq. Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar SMS icazə sistemindən istifadə etməlidirlər.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verdi.

Onun sözlərinə görə, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün “2” kodu üzrə icazə almalıdırlar. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.