• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınmışdır

Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınmış, 30 nəfər müalicə olunaraq evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1441 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmişdir. 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.