• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə koronavirusa yoluxma və ölüm sayında azalma müşahidə olunur

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması və gündəlik ölüm statistikasında azalma müşahidə olunmaqdadır. Mayın 1-də ölkə üzrə 41 min 431 nəfər üzərində test aparılmış, onlardan 2 min 188 nəfər xəstə kimi qeydə alınmışdır.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşdı. Bildirilir ki, gün ərzində 4 min 922 nəfər sağalmış, 84 nəfər dünyasını dəyişmişdir. Bununla da ölkə üzrə sağalanların sayı 53 min 808 nəfərə çatmışdır. Xəstəliyə yeni yoluxma ilə müqayisədə gündəlik sağalanların sayı təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, mayın 1-də yerli vaxtla saat 00.00-da Türkiyədə növbəti dəfə ölkənin 31 vilayəti üzrə komendant saatı tətbiq olunmuşdur. Bu dəfə evdən çıxmağa qoyulan qadağa üç gün davam edəcək. Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 30-dək uzadılacaq.