• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Paytaxtda SMS icazə sistemi hələ də qüvvədədir

Karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması haqqında qərar verilsə də, Bakıda restoranların fəaliyyətinə qoyulan qadağa aradan qaldırılmamışdır. Həmçinin paytaxtda SMS icazə sistemi də qüvvədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 1-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verdi.

Onun sözlərinə görə, sanitar-epidemioloji vəziyyətə əsasən narıncı rənglə qiymətləndirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan sarı rənglə qeyd olunan ölkənin digər ərazilərinə gediş və gəliş qadağası qalır. Lakin sarı zona və narıncı zona daxilində hərəkət sərbəstdir.