• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Banklara verilmiş şəhadətnamə ləğv edildi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar 2007-ci il 30 iyul tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan “Ata Bank” ASC və 2007-ci il 30 iyul tarixdə 26 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Amrah Bank” ASC bu il mayın 1-də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edildi.