• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kamran Əliyev baş prokuror vəzifəsinə təyin olundu

Milli Məclisin mayın 1-də keçirilən iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarıldı.

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürüldü.

Azərbaycan Prezidentinin təqdimatı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən diqqətə çatdırıldı.

Sonra məsələ səsverməyə qoyularaq təsdiq edildi.