• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Donald Tramp: Seçkilər qətiyyən təxirə salınmayacaq

ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postuna seçkilərin təxirə salınması imkanlarını qəti rədd etdi və bu barədə iddiaları təbliğat adlandırdı.

Jurnalistlər aprelin 27-də Ağ evdə keçirilən brifinq zamanı Donald Trampdan Demokratlar partiyasının ehtimal olunan namizədi Cozef Baydenin dövlət başçısının səsverməni təxirə salmaq cəhdlərinə dair bəyanatına şərh verməyi xahiş etmişdilər.

“Mən heç vaxt seçkilərin vaxtının dəyişdirilməsi barədə düşünməmişəm. Bunu nəyə görə etməliyəm? Noyabrın 3-ü əla tarixdir. Bütün bu fikirlər Baydenin deyil, qısa bəyanatlar yazan insanların təbliğatıdır”, - deyə Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirdi.