• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mərkəzi Asiyada heyvan xəstəliklərinin yayılmasının vahid xəritəsi tərtib olunur

Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Mərkəzi Asiyada heyvan xəstəliklərinin yayılmasının vahid xəritəsini tərtib edirlər. Bu layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Dünya Heyvanların Sağlamlığı Təşkilatının təşəbbüsü ilə həyata keçirilir.

Heyvanların sağlamlığı haqqında məlumatın toplanması üçün platforma "Qoldau.kz" portalının bazasında yaradılacaq. Məlumat mübadiləsinin aparılacağı xəstəliklərin prioritetliyi artıq müəyyən edilmişdir: bunlar xırdabuynuzlu gövşəyən heyvanlarda brusellyoz, exinokokkoz, Sibir xorası, dabaq və taun xəstəliyidir.