• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hövsan Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu “hovsan.mida.gov.az” internet səhifəsi və onun mobil versiyası istifadəyə verildi.

 “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq hazırlanmış portal istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.