• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Milli Məclisdə iclas keçirildi

Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bugünkü iclasın Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunduğunu bildirdi.

Qeyd olundu ki, bu dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanmışdır. Dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olundu, deputatlar, xüsusilə də məruzəçi Kamal Cəfərov dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildirdilər.