• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Asan xidmət" mərkəzlərində davranış qaydalarına dair videotəlimat hazırlandı

Aprelin 27-dən etibarən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilir ki, "ASAN xidmət" növbə götürülməsi, eyni zamanda, mərkəzlərdə davranış qaydalarına dair videotəlimat hazırlamışdır.