• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hikmət Hacıyev: "Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışdı.

 Azərbaycan Hökuməti tərəfindən yanvarın ortalarından bəri COVID-19-a qarşı mübarizədə addımlar atıldığını söyləyən Hikmət Hacıyev bunun Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə koronavirusla bağlı risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədar olduğunu vurğuladı. “Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir”, - deyə o əlavə etdi.