• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran ABŞ-ın bütün yanlış hərəkətlərinə cavab verməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə Birləşmiş Ştatların dənizdəki gəmilərinə təhlükə yarada biləcək İrana məxsus bütün katerləri məhv etmək barədə göstəriş verdi.

Bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazmışdır.

Aprelin 15-də ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının mətbuat xidməti İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi katerlərin Körfəzdə Birləşmiş Ştatların bir neçə hərbi gəmisi yaxınlığında təhlükəli manevrlər etdiyini bildirmişdi. Məlumata görə, İran katerləri ABŞ gəmilərinə 9 metr məsafəyə qədər yaxınlaşmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusu isə aprelin 19-da bildirmişdi ki, Körfəzdə ABŞ-ın bütün yanlış hərəkətlərinə cavab verməyə hazırdır.