• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sumqayıtda qanvermə aksiyası davam edir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının azalması nəzərə alınaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etdi.

Şəhər sakinləri bir neçə gündür Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq könüllü olaraq qanvermə aksiyasında iştirak edirlər. Onlar Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə gələrək qan verir, talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olurlar.