• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Üç ayda ölkədə 672 minik avtomobili istehsal edilmişdir

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 672 minik avtomobili istehsal olunmuşdur.

Üç ayda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112 milyon manatlıq məhsul istehsal edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, digər nəqliyyat vasitələrinin istehsalı isə 66,7 dəfə artmışdır.