• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İki ölkə arasında bir sıra aktual məsələlər müzakirə edildi

Aprelin 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov ilə telefon söhbəti oldu.

Söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edildi.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının martın 11-də Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi qeyd olundu.