• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda 5 min 297 nəfər koronavirus səbəbindən dünyasını dəyişmişdir

Bu günə olan məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 84 min 802 nəfərə çatmışdır.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verdi. O bildirdi ki, son 24 saat ərzində 1 297 nəfərin koronavirusa yoluxması faktı aşkarlanmış, 88 nəfər isə ölmüşdür. Ölənlərin ümumi sayı isə 5 min 297-yə yüksəlmişdir.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 60 min 965 nəfər təşkil edir.