• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Təhsil Nazirliyi: IV qrant müsabiqəsinə 852 layihə qəbul edilmişdir

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihə qəbulu başa çatdı.

Ümumtəhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 layihə təqdim edilmişdir. Onlardan 204-ü ümumtəhsil müəssisələri, 648-i isə fərdi kateqoriyalar üzrədir.

Təqdim edilmiş layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması cədvəldə göstərilmişdir.

Qeyd edək ki, müsabiqənin elan edildiyi ilk gündən son tarixə kimi ümumilikdə 308 şəxsin (e-mail vasitəsilə 257 və sosial şəbəkə vasitəsilə 51 şəxs) müxtəlif xarakterli (layihənin tərtibi, texniki yardım və sair) müraciəti operativ cavablandırılmışdır.

Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələri açıqlanacaq.