• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

SOCAR-ın keçmiş təqaüdçüsü ABŞ-da xərçəngə qarşı yeni immunopreparat hazırladı

SOCAR-ın keçmiş təqaüdçüsü Aslan Mansurov ABŞ-da xərçəngə qarşı yeni immunopreparat hazırladı.

 SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi ABŞ-ın prestijli təhsil ocağı olan Minnesota Universitetində kimya mühəndisliyi üzrə təhsil almış A.Mansurov bugünkü uğurlara görə 2013-cü ildə SOCAR-ın Təqaüd Proqramını qazandığı üçün özünü şanslı hesab edir. 2017-ci ilin mayında Minnesota Universitetini fərqlənmə diplomu ilə bitirən A.Mansurov Kimya mühəndisliyi dərəcəsi almışdır. Biologiyaya və təbabətə olan marağı onu bu sahədə təhsilini davam etdirməyə sövq etmişdir.