• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Aprelin 21-i Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

Aprelin 21-də qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Bu gün hazırda innovasiyaların geniş tətbiq edildiyi ölkəmiz üçün əlamətdar hesab olunur.

 Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılır, bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilir. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir, innovativ sahibkarlıq sürətlə inkişaf edir.

Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə, o cümlədən vençur maliyyələşməsi vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.