• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ölkəmizdə daha 25 yoluxma faktı qeydə alınmışdır

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınmış, 122 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş isə vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdir. Onlardan 712 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmişdir. 667 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95 min 747 test aparılmışdır.