• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirildi

İsmayıllı Regional Mədəniyyət İdarəsi tabeliyində olan İsmayıllı, Şamaxı, Qobustan, Ağsu və Qəbələ rayonlarının mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirilmişdir.

Onlayn müşavirədə Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə aprelin 16-da keçirilən videokonfransda verilən tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələr müzakirə edildi.

Onlayn konfransda çıxış edən regional idarənin rəisi Elnur Hüseynov ölkəmizdə koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində tabe rayonların mədəniyyət müəssisələrinin onlayn idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışdı. İdarə rəisi sosial şəbəkələr üzərində fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.