• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda koronavirusdan ölənlərin sayı 5 mini ötdü

İranda koronavirusa yoluxaraq ölənlərin sayı azalmaqda davam edir.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat vermişdir. Onun sözlərinə görə son 24 saat ərzində İranda 73 nəfər ölmüş, 1374 nəfər isə yoluxmuşdur. Beləliklə ümumilikdə ölənlərin sayı 5 min 31 nəfərə, yoluxanların sayı 80 min 868 nəfərə çatmışdır.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 987 nəfər sağalaraq evə buraxılmışdır.